Afət mənzilini göstərib Floraya gözdağı verdi - Video

saytların hazırlanması

Evə çatdırılma

Afət mənzilini göstərib Floraya gözdağı verdi - Video

Şou

12 Sentyabr 2022 20:35 1867


Afət Fərmanqızı Xalq artisti Flora Kərimovanın instaqram hesabında onunla bağlı paylaşdığı postuna münasibət bildirib.

Yenisabah.az-a fikirlərini bölüşən Afət Fərmanqızı profilində Flora Kərimovanın Binəqədi Rayon Polis İdarəsinin müğənninin tapılıb Azərbaycana gətirilməsi istiqamətində işlərin getdiyinə dair sənəd paylaşdığını deyib:

"Flora paylaşımında Binəqədi Polis İdarəsindən mənim gətirilməyimlə bağlı sual verib. Onlar da bu istiqamətdə işlərin getdiyi barəsində sənəd təqdim ediblər. Həmin qurumdan mənə zəng gəlmişdi. Özünü təqdim elədi, məndə polisin əlaqə vasitəsi də var. Mən də yaşayış yerimi, qeydiyyatımı polis nəfərinin nəzərinə çatdırdım. Həkimimin səhhətimlə bağlı təyyarəyə minməyə icazə verməməyi barədə həkim arayışını da göndərdim. O da çox hörmətli bir şəkildə məndən bunları niyə məhkəməyə təqdim etmədiyimi soruşdu. Mən də bildirdim ki, məhkəməyə təqdim etsək də, nəzərə alınmadı. Elə buna görə də məhkəmənin qərəzli olduğunu deyirəm. Polis də şahid oldu ki, mən yerimi danmıram. Belə çıxır ki Binəqədi Rayon Məhkəməsi Binəqədi Polis İdarəsinə yalan məlumat verir. Gəlmir yox, gələ bilmir. Binəqədi polisi də sənədlərimə baxdı, gördü. Yəni ki, mənim məhkəmədən yayınmadığımı polisin diqqətinə çatdırdım. Floraya səhv başa salırlar. Kimsə onu aldadır ki, tələb eləsin, nəticədə də mən Azərbaycana gətirilim. Vətəndaş belə kiçik işdən ötrü beynəlxalq axtarışa verilmir. Burda iki qadının davasıdır. Dövlətin o qədər mühüm işləri var ki. O, gözləsin, iş iki ildən sonra həll olunacaq. Bundan başqa, paylaşımında məni cinayətkar adlandırır. Əvvəla, mənim əməlim sübuta yetirilməyib. Ona görə də mənə məhkəmə hələ hansısa qanuni ad verməyib. Uzağı təqsirləndirilən şəxs ola bilərəm. Buna da hələ məhkəmənin hökmü yoxdur. pizza

Binəqədi Rayon Məhkəməsi  beş maddə pozuntusuyla işi icraata götürüb barəmdə axtarış elan etdikdən sonra, biz bu qərarı Apellyasiya Məhkəməsinə müraciət etdik. Apellyasiya məhkəməsinə vəkilim getmədiyi üçün rayon məhkəməsinin qərarını qüvvədə saxladı. Buna görə də, biz bu qərarı Ali Məhkəməyə şikayət etdik. Oktyabrın 27-də Ali Məhkəmə haqqımda axtarışın qanuni olub-olmadığı ilə bağlı proses keçirib yekun qərarını verəcək. Yəni, mənim axtarışa verilməyimlə bağlı işim hələ Ali Məhkəmənin icraatındadır. Qərar verilməyən bir işə Flora haqqımda necə yalan məlumat verir? Ali Məhkəmə qərar verməyibsə, yerli məhkəmənin qərarı necə qüvvəyə minə bilər? Floranın bir bilgisizliyi də burdadır".

Afət Fərmanqızı daha sonra fikirlərinə bu cür davam edib:

"Haqqımda bildirir ki, Rusiyada olduğum üçün mənə cəza verdirə bilmir. Ay Flora, bəs, Ülviyyə Alovlu Azərbaycandadır. 3 ildir, niyə ona cəza verdirə bilmirsən. Mənə yazdığı məktubdan eynilə ona da yazırdı. Amma nəticə nə oldu? Ülviyəyə neyləyə bildin ki, mənə də neyləyəcəksən?! Yaşlı qadındır, ona çox baş qoşmuram. Bundan əvvəl, efirlərin birində beş dəfə insult keçirdiyini demişdi. Bu səbəbdən onu anlayıram. O, bunları yazmasa, rahatlana bilməz. Bu da onun səhhətində problemlərə gətirib çıxarda bilər. Həm də məni piar edir. Keçən dəfə sizə verdiyim açıqlamamda da hər müğənniyə də Xalq artisti ilə reklam olunmağın nəsib olmadığını demişdim. Bütün bunlar başqa bir şeylə deyil, sənətlə bağlı polemikadır. Floranın insanları məhkəməyə vermək peşəsidir. Onun məni məhkəməyə verməsi ölkədə görünməmiş bir hadisə deyil. Təkcə məni məhkəməyə vermiş olsaydı, onda sensasiya doğurardı. O, 10-a yaxın adamı məhkəməyə verib. Onun ömrü, günü məhkəmələrdə keçib. Bu, dediklərim həqiqətdir. Sübutlarım da var. Keçən dəfəki müsahibəmdə indiyə qədər məhkəməyə verdiyi şəxslərin adlarını açıqlamışam. Bununla yanaşı, Azərbaycanı da məhkəməyə verdiyini demişəm. Bu, onun peşəsidir. Görünməmiş, rast gəlinməyən bir hadisə deyil. İndi də guya, Azərbaycandan mənə hədə-qorxu gəlir. Ay Flora, mən evimi danmıram ki, evi almamışdan əvvəl, evləri nəzərimdən keçirdirdim. Bu evlərin videolarını Floranın ətrafındakı bütün tanıdığım adamlara atmışam. Bunu da hansısa müğənni ona göndərib. Mənzilim 290 nömrəli deyil. Bu barədə də videom var. Yerim bəlli, yurdum bəlli. Hər gün də toylardan canlı efir açıram". 

Afət Fərmanqızı yenidən məhkəmə məsələsinə də toxunub:

"Qanun qarşısında da boynum qıldan incədir. Proses hələ davam edir. İş linqivistik ekspertizadadır. Onun da cavabı məni qane etməsə, yenidən vəkilim vəsatət qaldıracaq. Onun da nəticəsi müsbət olmasa, Apellyasiya, alınmasa, Ali Məhkəməyə qədər gedəcəm.

Uduzsam da, problem deyil, qalib gəlmək də, məğlub olmaq da insan üçündür. Uduzsam, məhkəmənin çıxardığı hökmlə razılaşmaya bilmərəm. Mənim üçün məhkəmə qətnaməsini yerinə yetirmək fəxrdir. Məhkəmənin verdiyi qərarı da dərhal yerinə yetirəcəm. Yetər ki, mənim iştirakım olmadan qərar çıxarılsın".

İmamət İSMAYILOVA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!