AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

saytların hazırlanması

Evə çatdırılma

AFFA “Qarabağ” və “Neftçi”ni cərimələdi

İdman

26 May 2026 15:06 317


AFFA Misli Premyer Liqasında çıxış edən bir neçə kluba ciddi intizam cəzaları tətbiq edilib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Mayın 22-də XXXIII tur çərçivəsində keçirilən "Sumqayıt" - "Qarabağ" qarşılaşmasından sonra kənar şəxslərin meydançaya daxil olması səbəbindən "kimyaçılar" 2 min 500 manat məbləğində cərimələnib. pizza hut

Eyni matçda "Qarabağ" azarkeşlərinin pirotexniki vasitələrdən istifadə etməsi isə Ağdam təmsilçisinə 8 min manatlıq cərimə bahasına başa gəlib.

Mayın 23-də keçirilən "Kəpəz" - "Neftçi" duelində isə Gəncə komandasının 4 oyunçusunun sarı vərəqə alması kluba 700 manat cərimə gətirib. Matçın 65-ci dəqiqəsində kobud qayda pozuntusuna yol verdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan qovulan "Neftçi"nin 18 nömrəli futbolçusu İfenayi Metyu isə 1-i şərti olmaqla 2 oyunluq diskvalifikasiya edilib.

Bu qayda pozuntusuna görə paytaxt klubu 1000 manat cərimə ödəyəcək, futbolçu üçün isə əlavə olaraq 6 aylıq sınaq müddəti tətbiq ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!