Aftandil İsrafilovun qızı: “Bundan o yanası yoxdur”

saytların hazırlanması

Evə çatdırılma

Aftandil İsrafilovun qızı: “Bundan o yanası yoxdur”

Şou

18 Aprel 2023 23:45 1237


“Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır. Hələ də reanimasiyadadır. Bundan o yanası yoxdur”.

Yenisabah.az xəbər verir ki, bunu qarmon ustası, Xalq artisti Aftandil İsrafilovun qızı Həcər İsrafilova bildirib.

 Onun sözlərinə görə, məşhur qarmon ustası ürək çatışmazlığından əziyyət çəkir, ayaqlarına, ciyərlərinə su yığılıb. Təzyiqi həddən artıq çoxdur. Böyrəkləri, demək olar işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır. Həkimlər əllərindən  gələni edirlər”, - deyə o bildirib. Pepperoni pizza

Həcər xanımın sözlərinə görə, Mədəniyyət Nazirliyindən zəng vurub Aftandil İsrafilovun səhhəti ilə maraqlanıblar.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılıb, daha sonra səhhəti normallaşıb. O uzun müddətdir xəstəxanada müalicə alır./Lent.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!