Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb, yanına heç kim buraxılmır

saytların hazırlanması

Evə çatdırılma

Aftandil İsrafilovun vəziyyəti ağırlaşıb, yanına heç kim buraxılmır

Şou

05 Dekabr 2022 13:32 772


Dekabrın 2-si axşam saatlarında təcili xəstəxanaya yerləşdirilən Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti hələ də ağırdır.

Yenisabah.az xəbər verir ki, bu barədə lent.az-a ifaçının xanımı Zemfira İsrafilova məlumat verib.

O, Aftandil İsrafilovun səhhətinin mənfiyə doğru getdiyini deyərək ağlamağa başlayıb: pizza sifarişi

"Vəziyyəti dəyişmir. Təzyiqi həddən artıq çoxdur. Ayaqlarına və ciyərlərinə su yığılıb. Böyrəkləri, demək olar, işləmir. Hər şey pisdir. Hazırda reanimasiyadadır, yanına heç kimi buraxmırlar.  Həkimlər də deyirlər ki, əlimizdən nə gəlir, edirik. İnşallah, hər şey yaxşı olacaq. Sadəcə, dua etmək qalır bizə".

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı Aftandil İsrafilov noyabrın əvvəlində xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!