Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir

saytların hazırlanması

Evə çatdırılma

Ağ Ev: Bayden Rusiyanın terrorizmin himayədarı kimi tanınmasının əleyhinədir

Dünya

07 Sentyabr 2022 07:52 786


ABŞ Prezidenti Cozef Bayden Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsinin əleyhinədir.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ağ Evin sözçüsü Karin Jan-Pyer bildirib.

"Bu, onun son mövqeyidir. Rusiyanı bu siyahıya salmaq ən yaxşı həll yolu deyil", - Jan-Pyer qeyd edib. pizza

Xatırladaq ki, ABŞ Senatı may ayında dövlət katibi Entoni Blinkenin Rusiyanı Çeçenistan, Gürcüstan, Suriya və Ukraynada törətdiyi cinayətlərə görə terrorizmin himayədarı elan etməyə çağıran qətnaməni yekdilliklə dəstəkləyib.

Hazırda bu siyahıda Kuba, Şimali Koreya, İran və Suriyanın adları var.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!