Ağ Evdə Haniyənin ölümündən narahatdırlar

saytların hazırlanması

Evə çatdırılma

Ağ Evdə Haniyənin ölümündən narahatdırlar

Dünya

31 İyul 2024 23:12 638


Vaşinqton narahatdır ki, HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsi Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün aparılan danışıqları poza bilər.

Yenisabah.az Axios-a istinadla xəbər verir ki, bunu adı açıqlanmayan Amerika rəsmilərinə biri deyib.

O bildirib: “Bu, regional müharibənin başlanması riskini təhdid edir”. pizza mizza

ABŞ liderləri Beyrutda "Hizbullah"ın yüksək səviyyəli komandiri Fuad Şükrün öldürülməsi ilə yanaşı, Haniyyənin öldürülməsinin İran və "Hizbullah"ın sərt reaksiyasına səbəb ola biləcəyindən narahatdırlar.

Haniyə İsraillə razılaşma üzrə Qətər və Misirlə əsas danışıqlar aparan şəxs olub.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel bildirib ki, Vaşinqton hələ də HƏMAS və İsrail arasında razılaşmanın mümkün olduğuna inanır.

İsrail hələ Haniyənin qətlinə görə məsuliyyəti üzərinə götürməyib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!