"Türkiyənin Suriyanın şimalında həyata keçirdiyi yeni hərbi əməliyyatın mülki şəxsləri təhlükə altına sala bilər".
Yenisabah.az TASS-a istinadla xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.
O əlavə edib: “Biz Türkiyənin Suriyanın şimalında hərbi əməliyyatlar keçirməklə bağlı təhdidləri ilə bağlı dərin narahatlığımızı davam etdiririk”. Sezar pizza
Kibri əlavə edib ki, Türkiyənin bu addımı ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın İŞİD-lə mübarizədə əməliyyatını təhlükə altına qoya bilər:
“Biz inanmaqda davam edirik ki, belə bir əməliyyat mahiyyətcə sabitliyi pozacaq və oradakı mülki əhaliyə, eləcə də açıq desək, İŞİD-ə qarşı ABŞ-ın rəhbərlik etdiyi koalisiyaya təhlükə yarada bilər”.
Telegram kanalımız