Ağdamda iki nəfər bıçaqlandı

saytların hazırlanması

Evə çatdırılma

Ağdamda iki nəfər bıçaqlandı

Kriminal

19 Mart 2025 21:31 410


Ağdamda iki nəfər bıçaqlanıb.

"Report"un Qarabağ bürosunun əldə etdiyi məlumata görə, hadisə rayonun Quzanlı qəsəbəsində yerləşən Ağdam Dövlət Sosial-İqtisadi Kollecinin qarşısında baş verib.

Ağdam rayon sakinləri - 2007-ci il təvəllüdlü Şirinov Turan Aqşin oğlu və 2005-ci il təvəllüdlü Allahverdiyev Yaqub Elnur oğlu mübahisə zamanı bədənin müxtəlif nahiyələrindən bıçaq xəsarətləri alıblar. pizza

Hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil. Cinayəti törətməkdə şübhəli bilinən şəxs və ya şəxslərin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir

Faktla bağlı araşdırma başlanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!