Ağdamlılara ŞAD XƏBƏR

saytların hazırlanması

Evə çatdırılma

Ağdamlılara ŞAD XƏBƏR

Sosial

16 Noyabr 2024 20:20 1248


Ağdam rayonu ilk köçə hazırlaşır.

Ağdamın Kəngərli, Sarıcalı, Xıdırlı, Baş Qərvənddə evlərin tikintisi davam edir. Kəngərlidə 292, Sarıcalıda 203, Xıdırlıda isə 719 fərdi evin tikintisi aparılır. Qısa zamanda öz sakinlərini qəbul etməyə hazırlaşan ağdamlıların yol, su, kanalizasiya sistemlərinin infrastrukturu yenidən əsaslı şəkildə qurulur.

Həmçinin, evlərin tikilməsi təbii materiallardan istifadə edilərək və evlər ağıllı texnologiyalar vasitəsi ilə idarə olunması həyata keçiriləcək. Bütün layihələrin ən qısa zamanda həyata keçirilməsi üçün dövlət tərəfindən lazımi maliyyə və dəstək ayrılıb. pizza

Ağdam və Füzuli rayonunda ağıllı kənd salınacaq. Bu kəndlər Ağdamın Baş Qərvənd və Füzulinin Dövlətyarlı kəndlərində həyata keçiriləcək. Ağıllı kəndlərdə günəş panellərindən istifadə ediləcək.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə hazırda 30 mindən çox insan məskunlaşıb. Onlardan 10 mini öz doğma yurdundan didərgin düşən keçmiş məcburi köçkünlərdir, 20 mindən çoxu isə həmin ərazilərin tikintisində və ərazidə olan restoran, mağaza işində çalışan insanlardır./Milli.Az 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!