Ağdaşda at oğruları tutuldu

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda at oğruları tutuldu

Kriminal

11 İyul 2023 09:23 1600


Ağdaşda at oğruları saxlanılıb.

Yenisabah.az DİN-ə istinadla xəbər verir ki, rayonun Kotavan kəndi ərazisindəki örüş sahəsindən 8 kənd sakininə məxsus ümumən 9 rəst atı ayrı-ayrı vaxtlarda naməlum şəxslərin oğurlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişlərin həmkəndliləri - Cəbrayıl Səfərov və Asim Şirinov saxlanılıblar. pizza sifarişi

Araşdırma zamanı saxlanılan şəxslərin oğurladıqları atları Bərdə rayon sakini Hacı Nəsirova satdıqları, əldə etdikləri pulu isə öz aralarında böldükləri müəyyən edilib. Hacı Nəsirov isə istintaqa verdiyi ifadəsində həmin atları Qazaxıstana satdığını bildirib.

Faktla bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri aparılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!