Ağdaşda əmisini bıçaqlayan şəxs saxlanılıb.
Yenisabah.az xəbər verir ki, "Unikal"ın məlumatına görə, hadisə ötən gün rayonun Birinci Aral kəndində baş vermişdi. 23 yaşlı Rəhim Kərimov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı əmisi, 1969-cu il təvəllüdlü Nəriman Kərimova yaşadığı evdə kəsici alətlə xəsarət yetirib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, polis əməkdaşları tərəfindən əməli törətməkdə şübhəli bilinən şəxs saxlanılıb. Müvafiq ekspertiza təyin olunub və araşdırmalar davam etdirilir. pizza sifarişi
Telegram kanalımız