Ağdaşda FACİƏ: Fəhləni “tok“ vurub öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Ağdaşda FACİƏ: Fəhləni “tok“ vurub öldürdü

Hadisə

29 İyun 2022 09:18 805


Ağdaşda fəhləni elektrik cərəyanı vuraraq öldürüb. 

Rayon prokurorluğundan "Yeni Sabah"a bildirilib, iyunun 28-i saat 14 radələrində Ağdaş rayonu, Qolqəti kəndi ərazisində 1993-cü il təvəllüdlü Elnur Osmanovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Araşdırmalarla müəyyən edilib ki, Elnur Osmanov fəhlə kimi işlədiyi qeyd edilən kənd ərazisində ağacların suvarılması üçün nəzərdə tutulan göldə təmizlik işləri apararkən işlək vəziyyətdə olan elektrik nasosunun təsirindən yaranmış elektrik cərəyanının onu vurması nəticəsində hadisə yerində ölüb. Toyuqlu pizza

Faktla bağlı Ağdaş rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Hazırda iş üzrə istintaq davam edir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!