Ağstafada 13 yaşlı yeniyetməni qətlə yetirən şəxs saxlanılıb

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada 13 yaşlı yeniyetməni qətlə yetirən şəxs saxlanılıb

Kriminal

30 Mart 2023 08:32 967


Martın 29-u saat 16 radələrində Ağstafa rayonunun Poylu qəsəbəsi ərazisində 2009-cü il təvəllüdlü Cavanşir Bədirovun meyitinin aşkar edilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Ağstafa rayon prokurorluğundan “Yeni Sabah”a bildirilib ki, istintaq-əməliyyat tədbirləri ilə 2006-cı il təvəllüdlü Yusif Əhmədovun bıçaqla Cavanşir Bədirovun ürək nahiyəsindən xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Yusif Əhmədov iş üzrə şübhəli şəxs qismində saxlanılıb. Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!