Ağstafada 2 narkokuryer saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada 2 narkokuryer saxlanıldı

Kriminal

13 Mart 2023 10:56 812


Ağstafa polisi narkokuryerlik edən şəxsi saxlayıb.

Yenisabah.az DİN-in mətbuat xidmətinə istinadla xəbər verir ki, saxlanılan Ağdaş rayon sakini Elşən Şirinovdur.

O, Ağstafa rayonuna gələrək rayon ərazisində gizlədilən narkotik vasitəni pul və bir miqdar narkotik vasitə qarşılığında ölkənin digər şəhər və rayonlarına aparmağa razılaşıb. E. Şirinovun sərnişin qismində əyləşdiyi avtomobilə baxış keçirilən zaman qara rəngli çantadan 1 kq 120 qram narkotik maddə olan heroin və 2 kq-dan artıq olan marixuana aşkar edilərək götürülüb. pizza hut

Bundan başqa, qanunsuz olaraq satış məqsədi ilə narkoik maddə əldə edib saxlamaqda şübhəli bilinən rayon sakini Nazim Əliyev saxlanılıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!