Ağstafada üç bacı dəm qazından zəhərləndi

saytların hazırlanması

Evə çatdırılma

Ağstafada üç bacı dəm qazından zəhərləndi

Hadisə

05 Yanvar 2023 09:39 626


Ağstafada üç bacı dəm qazından zəhərlənib. 

"Report"un əldə etdiyi məlumata görə, hadisə yanvarın 4-də rayonun Həsənsu kəndində qeydə alınıb.

Belə ki, həmin kənd sakinləri olan bacılar - Məmmədova Nərmin Rasim qızı, Məmmədova Zeynəb Rasim qızı və Məmmədli Fatimə Rasim qızı yaşadıqları evdə dəm qazından zəhərləniblər. Onlara ilkin tibbi yardım göstərilib, vəziyyətləri kafidir. pizza mizza

Daha sonra rayon prokurorluğunun əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, zəruri şəxslərin izahatları alınıb, həmin şəxslər məhkəmə-tibbi ekspertizadan keçiriliblər.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!