Ağsuda 59 yaşlı qadın itkin düşdü

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda 59 yaşlı qadın itkin düşdü

Hadisə

03 İyun 2022 10:01 883


Ağsuda 59 yaşlı qadın itkin düşüb. 

Bu barədə "Yeni Sabah"a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Bildirilib ki, rayon sakini, 1963-cü il təvəllüdlü Zinyət Xankişiyeva mayın 28-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb. Marqarita pizza

İtkin düşən şəxsin boyu 145 sm, orta bədən quruluşlu, gözlərinin rəngi qəhvəyi, saçları isə qaradır.

"Şəkildəki qadını görənlərdən və ya barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti-Zəng Mərkəzinə, həmçinin Ağsu Rayon Polis Şöbəsinin (020)226-27-93 şəhər və 055-820-14-20 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur", - məlumatda qeyd edilib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!