Ağsuda silah və narkotik satanlar saxlanıldı - FOTO 

saytların hazırlanması

Evə çatdırılma

Ağsuda silah və narkotik satanlar saxlanıldı - FOTO 

Kriminal

21 Yanvar 2024 11:05 843


Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində əməliyyat tədbiri keçirilib. 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Yenisabah.az-a verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı şəhər sakini, 1964-cü il təvəllüdlü Elman Əsədov şübhəli şəxs qismində saxlanılıb. 

Onun yaşadığı ünvana baxış keçirilərkən atəşə yararlı “Kalaşnikov” markalı avtomat, həmin silaha məxsus daraq və 5 ədəd patron aşkar edilərək götürülüb. Elman Əsədov avtomatı bir müddət əvvəl tapdığını və polisə təhvil verməyərək özündə saxladığını bildirib.  Dominos pizza

Keçirilmiş digər əməliyyat-axtarış tədbiri nəticəsində isə rayon ərazisində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Şamxal Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan qurudulmuş marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktlarla bağlı cinayət işləri başlanılıb, zəruri bilinən əməliyyat-istintaq tədbirləri davam etdirilir. 


Telegram kanalımız

Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!