Aİ İran PUA-larına dair sanksiya tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Aİ İran PUA-larına dair sanksiya tətbiq etdi

Dünya

20 İyul 2023 20:05 715


Bu gün Avropa İttifaqı Şurası İranın Rusiyanın Ukraynaya qarşı müharibəsinə hərbi dəstəklə bağlı PUA istehsalında istifadə olunan hissələrin Avropa İttifaqından İrana ixracını qadağan edib.

Yenisabah.az xəbər verir ki, məlumat Şuranın internet saytında dərc olunub.

Brüsselin yeni sanksiya siyahısına İranın pilotsuz uçuş aparatları proqramında məsul olan, dəstəkləyən və ya iştirak edən şəxslərə qarşı da səyahət məhdudiyyətləri və əmlakın bloklanması nəzərdə tutulur. Toyuqlu pizza

Şura, həmçinin, Həmid Rza Şərifi Tehrani, Əlirza Tənqsiri, Möhsün Əsədi, Məhəmməd Rza Məhəmmədi, Məhəmməd Sadiq Heydəri Musa və Feridun Məhəmmədi Saqayinin adlarını sanksiya siyahısına daxil edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!