Aİ İsraili hücum planından əl çəkməyə çağırdı

saytların hazırlanması

Evə çatdırılma

Aİ İsraili hücum planından əl çəkməyə çağırdı

Dünya

06 May 2024 17:58 523


Avropa İttifaqı İsraili Rafahda quru əməliyyatı planlarından əl çəkməyə çağırıb.

Yenisabah.az xəbər verir ki, Avropa diplomatiyasının rəhbəri Josep Borrell İsrailin planlarını "qəbuledilməz" adlandırıb.

"İsrailin Rafahdakı dinc sakinlərin təxliyəsi ilə bağlı əmrləri ən pisdən xəbər verir: müharibə və aclıq. Bu qəbuledilməzdir. İsrail qurudan hücumdan əl çəkməli və BMT Təhlükəsizlik Şurasının 2728 saylı qətnaməsini (atəşkəs) tətbiq etməlidir", - deyə o, "X" sosial şəbəkəsində yazıb. Dominos pizza

Bundan əlavə, Fransanın İsraildəki səfirliyi "X" sosial şəbəkəsində bəyanat yayıb və bildirib ki, prezident Emmanuel Makron bir gün əvvəl İsrailin baş naziri Binyamin Netanyahu ilə telefonla danışıb və İsrailin Rəfahda planlaşdırılan hücumu ilə razılaşmadığını bildirib.

HƏMAS qrupu qeyd edib ki, Rafahdakı hər hansı əməliyyat İsrail hərbçiləri üçün “rahat piknik olmayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!