Avropa İttifaqı (Aİ) Ermənistan-Azərbaycan sərhədlərinin demarkasiyası məsələsində irəliləyiş gözləyir.
Yenisabah.az “Sputnik Armenia”ya istinadla xəbər verir ki, bunu Aİ-nin yüksək rütbəli rəsmisi Brüsseldə jurnalistlərə bildirib.
O deyib: “Sərhədlərin demarkasiyasına gəlincə, son aylar ərzində çox iş görülüb. İdeal olaraq gələcək addımlar, demarkasiyasının hansı əsaslarla, hansı xəritə və prinsiplər əsasında aparılacağı ilə bağlı razılığa gəlmək istərdik". Sezar pizza
Mənbə Ermənistan və Azərbaycan liderlərinin Qranadada Avropa Siyasi Birliyinin sammitində iştirak edəcəyini təsdiqləyib: “Son bir həftədə aktiv təmaslar olub... Yerdəki çətin vəziyyətə baxmayaraq, irəliləyişin mümkün olub-olmadığını araşdırırıq”.
Rəsmi xatırladıb ki, əvvəllər də tərəflər arasında gərginliyə baxmayaraq, hər iki ölkə bir-birinin ərazi bütövlüyünü qarşılıqlı şəkildə tanıyıb.
Telegram kanalımız