Ai Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

saytların hazırlanması

Evə çatdırılma

Ai Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etdi

Dünya

28 İyul 2023 19:14 684


Aİ Şurası Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsini dəstəkləyən məlumatları təhrif etmək və təbliğat yaymaq məqsədi daşıyan "RRN" (Son Etibarlı Xəbərlər) adlı rəqəmsal informasiya manipulyasiyası kampaniyasının aparılmasına görə məsul olan Rusiyadan 7 fiziki şəxsə və 5 quruma qarşı sanksiyalar tətbiq edib.

Yenisabah.az xəbər verir ki, Aİ-nin Ali Nümayəndəsi Jozep Borrell bununla bağlı bildirib:

"Rusiyanın Aİ və üzv dövlətlərə qarşı daha geniş hibrid kampaniyasının bir hissəsi olaraq informasiya manipulyasiyası və müdaxiləni həyata keçirənləri hədəfə alırıq. Bu yeni siyahılarla biz onların informasiya məkanımızı necə manipulyasiya etdiklərini bildiyimizə dair güclü siqnal göndəririk. Təhdidlərin qarşısını almaq və onlara qarşı yeni alətlərlə effektiv cavab vermək əzmimizdə güclüyük”, - . Dördpendirli pizza

"Aİ Şurası "Inforos" və onun 3 təsisçisinə qarşı sanksiyalar tətbiq edib. "Inforos" Rusiya hərbi kəşfiyyatı (QRU) ilə sıx əlaqəli olan saytdır və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsini dəstəkləmək üçün təbliğat yayan 270-dən çox media proksi onlayn vasitələrinin yaradılmasına cavabdehdir.

ANO Dialoq - Moskva İnformasiya və Texnologiyalar Departamenti tərəfindən yaradılmış qeyri kommersiya təşkilatına, Rusiya Diasporu İnstitutuna, Sosial Dizayn Agentliyinə, Rusiyanın 2 İT şirkətinə də sanksiyalar tətbiq olunub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!