Akar: Zəngəzur dəhlizinin tezliklə açılacağına inanırıq

saytların hazırlanması

Evə çatdırılma

Akar: Zəngəzur dəhlizinin tezliklə açılacağına inanırıq

Siyasət

29 Yanvar 2024 14:31 425


Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, Türkiyənin sabiq milli müdafiə naziri Hulusi Akar Zəngəzur dəhlizinin tez bir zamanda açılacağına inandığını deyib.

Yenisabah.az xəbər verir ki, o Zəngəzur dəhlizinin təkcə Türkiyə üçün deyil, bütün bölgə üçün çox önəmli olduğunu bildirib.

Akar deyib: “Bir sözlə, Azərbaycan, Ermənistan, Türkiyə, İran və həmçinin Rusiya üçün də önəmlidir. Çünki bu dəhlizdən bütün ölkələr istifadə edəcəklər. Bu dəhlizdən istifadə sosial-iqtisadi, turizm baxımından ciddi inkişafa gətirib çıxaracaq. Eyni zamanda, kommunikasiya, gediş-gəlişin təmin edilməsi baxımından faydalı olacaq”. Sezar pizza

H.Akar vurğulayıb ki, bu baxımdan Türkiyə olaraq tərəflərin razılaşması ilə işlərin tamamlanmasını gözləyirik və bunun gerçəkləşəcəyinə inanırıq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!