“Akaş-1S”in ilk partiyası bu ilin sonuna qədər Ermənistana gələcək

saytların hazırlanması

Evə çatdırılma

“Akaş-1S”in ilk partiyası bu ilin sonuna qədər Ermənistana gələcək

Dünya

09 Avqust 2024 08:18 628


Hindistanın “Akaş-1S” zenit-raket komplekslərinin ilk partiyası bu ilin sonuna qədər Ermənistana gələcək.

Yenisabah.az Indian Defence Research Wing-ə istinadla xəbər verir ki, İrəvan 720 milyon dollar dəyərində bu hava hücumundan müdafiə sistemlərindən 15 ədəd sifariş verib.

O bu Hindistan silahlarının ilk xarici alıcısı olacaq. Dominos pizza

"Akash-1S" sistemləri döyüş təyyarələri, idarə olunan raketlər və pilotsuz uçuş aparatları kimi hava təhdidlərinə qarşı etibarlı müdafiəni təmin edərək, eyni vaxtda aktiv hədəf axtarışı və hədəfləmənin kombinasiyasından istifadə edir.

“Akash-1S” 1983-cü ildə hazırlanıb və 30 ildən sonra xidmətə başlayıb. O, 4-25 km radiusda hava hədəflərini vura bilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!