Aktrisa uşaqlığından danışıb ağladı: “Evdə yemək yox idi...”

saytların hazırlanması

Evə çatdırılma

Aktrisa uşaqlığından danışıb ağladı: “Evdə yemək yox idi...”

Şou

24 Avqust 2022 10:55 1185


Aktrisa Xuraman Əlizadə çətin keçən uşaqlıq illərindən danışıb.

Yenisabah.az xəbər verir ki, ARB telekanalında yayımlanan "Onun sirri" proqramında qonaq olan sənətçi etirafları ilə hər kəsi kövrəldib:

"90-cı ildən sonra atam xəstələndi, yoxlayırdılar heç nə yox idi. Amma günü-gündən geriləyirdi, işləmək qabiliyyətini itirirdi. Həmin ərəfələrdə 14-15 yaşım var idi, anam da işləmirdi. Bacım, mən, anam və atam idik, evdə də yemək yox idi. Atamın cibində indiki pulla 1 manat var idi. Durdu getdi ki, görüm, nə edirəm. Gələndə dedi, lobya almışam, qaynat, uşaqlar yesinlər. Yağsız, soğansız qaynatdı, yedik. Səhəri günə 40 qəpiyi də yox idi, nə yeyəcəkdik? Bu gün bizim evdə lobya mənim ən sevimli ərzağımdır. Çünki həmin gecə qarnımızı doyurdu”. Pepperoni pizza

O, gözyaşlarına hakim ola bilməyərək məktəbli olduğu illərdə çox əziyyət çəkdiyini bildirib:

“Mən yaxşı uşaqlıq nədir bilmirəm. Beşinci sinifə keçmişdim, ayağıma çəkmə alınmalı idi. Elə oldu ki, anam bir uşağın çəkməsini gətirdi, onun da üstü nazik idi. Ayaqqabıyla dərsə getdim, yağış yağdı, ayağım su oldu. Dərsdə 6 saat elə oturmuşdum. Hər gün o çəkmələrlə dərsə gedib, evə qayıdırdım. Evdə atamla anama da demirdim. İndiki övladların çoxu üsyan edir ki, mənə bunu almalısan. Mən bir dəfə də olsun demirdim ki, ayağım sudur. Sanki ağlıma yazılmışdı ki, uşaqlıq yaşamayacaqsan".

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!