“Bəlkə də bu sözlərimə görə çoxları məni qınayacaq. Amma yenə də öz səmimi fikirlərimi yazacam. Mənə görə maddi vəziyyəti aşağı olan insanlar çox uşaq sahibi olmamalıdır”.
Yenisabah.az xəbər verir ki ki, bu sözləri sosial şəbəkə hesabında aktrisa Cəmilə Tağızadə qeyd edib.
Onun sözlərinə görə, fiziki və psixoloji problemli insanlar ailə qurmamalı, övlad sahibi olmamalıdır: Dördpendirli pizza
“Uşaqlar sözun əsl mənasında “itin zülmündə” böyüyür. Bu həyatda heç nə görmür, nə normal yemək, nə geyim, nə təhsil, nə də tətil bilir! Hər kəs ailə və övlad sahibi olacaq deyə bir şey yoxdur! Fiziki qüsurlu insanları evləndirib fiziki qüsurlu uşaqları dünyaya gətirmək nəyin məntiqidir? Yazıq deyil o uşaqlar?!
Həmçinin, ailə məsuliyyəti olmayanlar da ailə sahibi olmamalıdır. Ailə və uşaq fədakarlıq istəyir. Fədakar olmayacaqsızsa özünüzə və ailə üzvlərinizə zülm etməyin. Gedin, yeyib, için gəzin həyatınızı yaşayın! Deyəcəklərim çoxdur, məncə hələlik bu qədər yetər”.
Telegram kanalımız