Bir müddət öncə aktrisa Nərgiz Əliyevanın avtomobilinə hücum edən şəxs yenidən saxlanılıb.
Yenisabah.az Qafqazinfo-ya istinadla xəbər verir ki, 52 yaşlı Vadim Sedov bu dəfə oğurluq əməlinə görə tutulub.
İttihama əsasən, o, ötən il "Kontakt Home" mağazasından mobil telefon, VMF mağazasından isə "Tissot" markalı qol saatı oğurlayıb. Marqarita pizza
Onun barəsində cinayət işi başlanıb. V.Sedov həbs edilib. Hazırda cinayət işi məhkəmə baxışındadır.
V.Sedov Nərgiz Əliyevadan pul almaq məqsədilə avtomobilinə yaxınlaşmışdı. Aktrisa hücuma məruz qaldığını bildirərək polisə müraciət etmişdi.
Telegram kanalımız