“Rəşad Dağlını həmişə müdrik, insanları barışdıran, sülhə çəkən adam kimi tanımışam. Biz də görürük, toylarda oluruq. Birdən-birə belə qətl törətməsi... Məncə, Rəşadın çıxış yolu olmayıb. Özü də gəlib polisə təslim olub”.
Yenisabah.az xəbər verir ki, bu sözləri Xalq artisti, tanınmış aktyor Şamil Süleymanlı ATV-də, Zaur Baxşəliyevin “Bizimləsən” verilişində deyib.
“Rəşadın cinayət törətməsini dəstəkləmirik. Ölən şəxs, deyilənə görə, başqa bir meyxanaçının dayısı oğludur”, - deyə Xalq artisti bildirib. Dominos pizza
Telegram kanalımız