Ali məktəblərə qəbul balları düşəcək? - Mühüm açıqlama 

saytların hazırlanması

Evə çatdırılma

Ali məktəblərə qəbul balları düşəcək? - Mühüm açıqlama 

Sosial

17 İyun 2024 11:38 349


“Bəziləri hay-küy salıblar ki, ali təhsil müəssisələrinin plan yeri artıb, 60000 olub, ballar düşəcək. Axı keçən ilin plan yeri ilə builki arasında 2500-3000 ətrafında fərq var. Əgər hansısa ekspert buna görə “ballar düşəcək” deyirsə, getsin başqa işlə məşğul olsun!”. 

Yenisabah.az-ın məlumatına görə, bunu təhsil eksperti Ramin Nurəliyev ali məktəblərə buliki qəbul yerləri haqda danışarkən deyib. O, bəzi həmkarlarını qınayıb: 

“Yəni plan yerinin 2500 nəfər artmasına görə “ballar düşəcək” demək, çox ağılsızlıqdır. Hələ də belələrinə ekspert deyənlər var. Bu, balların artıb-dusməsinin sadəcə səbəblərindən biridir. Və o qədər də əsas səbəb deyil”.  Sezar pizza

Xatırlaadq ki, elm və təhsil naziri Emin Əmrullayev bir neçə gün öncə 2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə tələbə qəbulu planı təxminən 60 minə yaxın olacağını deyib. 

Nazir bildirib ki, bu il iki ali təhsil müəssisəsinin – Qarabağ və Türkiyə Azərbaycan universitetlərinin fəaliyyətə başlaması plan yerlərinə təsir edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!