Alimlər XƏBƏRDARLIQ ETDİ - Bu gecədən....

saytların hazırlanması

Evə çatdırılma

Alimlər XƏBƏRDARLIQ ETDİ - Bu gecədən....

Dünya

04 Avqust 2024 23:42 13277


Yer kürəsində güclü maqnit qasırğası başlayıb.

Yenisabah.az Report-a istinadən xəbər verir ki, bu barədə “TASS”a Rusiya Tətbiqi Geofizika İnstitutundan məlumat verilib.

Qeyd olunub ki, Yerin maqnit sahəsində pozulma G3 səviyyəsinə çatıb. Pepperoni pizza

Bu hal Yer kürəsində enerji sistemlərində problemlər yaradır. Peyk və aşağıtezlikli radionaviqasiyada və yüksəktezlikli radiorabitədə fasilələr baş verə bilər.

Bundan əvvəl “Fobos” hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus Yer kürəsində G1 sinifli (zəif səviyyə) maqnit qasırğasının başladığını bildirmişdi.

Yerin maqnit sahəsində pozulma dərəcəsi alimlər tərəfindən beş səviyyəli miqyasda ölçülür, burada G1 ən zəif narahatlıq, G5 isə ən güclü maqnit qasırğasıdır.\\“Report”


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!