“Hücum təhlükəsi zamanı silahlı qüvvələr Konstitusiya ilə müəyyən edilmiş vəzifəsini – ölkənin müdafiəsini lazımi səviyyədə icra etməyə hazır deyil”.
Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bu sözləri Almaniya Bundestaqının müdafiə məsələləri üzrə komissarı Eva Höql deyib.
“Donanmaya məxsus binaların yalnız 30%-i tam işlək vəziyyətdədir. Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin əksəriyyəti uçuşa hazır deyil. Quru qoşunlarına məxsus 350 “Puma” zirehli transportyorunun yalnız 40-ı döyüşə hazır vəziyyətdədir. Şəxsi heyət çatışmazlığı da ciddi hiss olunur. 1990-cı ildə sayı yarım milyona çatan orduda indi 180 000 nəfər xidmət edir", - deyə o vurğulayıb. Sezar pizza
Höqlun sözlərinə görə, Almaniya ordusunu tam müasir səviyyəyə çatdırmaq üçün böyük maliyyə və 8 il vaxt lazımdır.
Telegram kanalımız