Almaniya antiraket müdafiəsini gücləndirməyi düşünür

saytların hazırlanması

Evə çatdırılma

Almaniya antiraket müdafiəsini gücləndirməyi düşünür

Dünya

28 Mart 2022 12:32 440


Almaniya hava hücumundan müdafiə sisteminin alınması və quraşdırılması yolu ilə müdafiəsini gücləndirməyi zəruri hesab edir.

Yenisabah.az ARD telekanalına istinadla xəbər verir ki, bu barədə Almaniya kansleri Olaf Şolz müsahibəsində deyib.

"Bu, şübhəsiz, müzakirə etdiyimiz məsələlərdən biridir və bunun yaxşı bir səbəbi var. Bilməliyik ki, öz maraqlarını müdafiə etmək üçün zorakılıqdan istifadə etməyə hazır olan qonşumuz var”, - deyə o əlavə edib. pizza sifarişi

Daha əvvəl Almaniyanın “Bild” qəzeti yazıb ki, Şolz digər problemlərlə yanaşı, Almaniya Silahlı Qüvvələrinin baş müfəttişi Eberhard Zorn ilə bu məsələni ətraflı müzakirə edib. Xüsusilə, İsraildən dəyəri 2 milyard avro olan “Arrow 3” antiraket sisteminin alınması imkanını nəzərdən keçiriblər.

Almaniya kansleri daha əvvəl bildirmişdi ki, rəsmi Berlin müdafiə büdcəsinə 100 milyard avro əlavə etməklə, hərbi xərclərini artırmağı planlaşdırır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!