Almaniya kansleri ABŞ casusu imiş

saytların hazırlanması

Evə çatdırılma

Almaniya kansleri ABŞ casusu imiş

Dünya

18 Dekabr 2021 12:06 1056


Almaniyanın keçmiş kansleri Villi Brandt 1969-1974-cü illərdə, hakimiyyətə gəlməzdən əvvəl 4 il ABŞ kəşfiyyatının xəbərçisi olub.

Yenisabah.az xəbər verir ki, bunu “Der Spiegel” qəzeti yazıb.

Almaniya Sosial Demokrat Partiyasının (SPD) sabiq lideri Villi Brandt 1948-ci ildən 1952-ci il martın 17-dək ABŞ Ordusunun Əks-Kəşfiyyat İdarəsinin (CIC) xə ərçisi olub. Dördpendirli pizza

Alman nəşri yazıb ki, Brandt Almaniya Demokratik Respublikasının (ADR) və hakim Sosialist Alyansının (SED) gənclər qolu olan FDJ haqqında ABŞ hərbi əks-kəşfiyyat bölməsinə məlumat ötürüb.

Hesabatda Villi Brandtın gəmiqayırma zavodları, fabriklər, dəmir yolu şəbəkəsi və sovet ordusunun telefon şəbəkəsi haqqında da məlumat verdiyi iddia edilib.

Mənbələrin sözünə görə, o, 4 il ərzində 200-dən çox dəfə onu etibarlı xəbərçi kimi ABŞ ordusunun kəşfiyyat zabitləri ilə görüşüb.

Brandtın "O-35-VIII" ləqqəbi daşıdığı müəyyən edilib.

1971-ci ildə Nobel Sülh Mükafatını qazanan Brandt müşaviri və köməkçisi Günter Gilyonun Almaniya Demokratik Respublikasının (ADR) cəsusu olduğu üzə çıxdıqdan sonra istefa verib. Brandt 8 oktyabr 1992-ci ildə Bonn yaxınlığındakı Ankel bölgəsində vəfat edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!