Almaniya kansleri Olaf Şolts “TikTok”dan istifadə edən Qərb siyasətçilərinin siyahısına qoşulub.
Yenisabah.az xəbər verir ki, bu barədə o, "X" hesabında paylaşım edib.
"Mən rəqs etməyəcəyəm. Söz verirəm. TikTok”, - Şolts paylaşımında bildirib. Sezar pizza
Hökumətin sözçüsü Steffen Hebestreit isə bildirib ki, Federal Mətbuat İdarəsi siyasət haqqında öyrənmək və müzakirə etmək üçün “TikTok”dan getdikcə daha çox istifadə edən vətəndaşlar üçün məlumat resurslarını genişləndirir.
Onun sözlərinə görə, kansler Şoltsun “TikTok” hesabı gənclərə yönəlib.
Telegram kanalımız