Almaniya rus diplomatları ölkədən çıxara bilər

saytların hazırlanması

Evə çatdırılma

Almaniya rus diplomatları ölkədən çıxara bilər

Dünya

04 Aprel 2022 10:29 388


Almaniya rəhbərliyi bu həftə rusiyalı diplomatların ölkədən çıxarılması ilə bağlı qərar verəcək.

Yenisabah.az "Bild"ə istinadla xəbər verir ki, bu barədə hökuətdəki mənbələr məlumat yayıb.

Kansler Olaf Şolz bu məsələnin üzərində işləməyi tapşırıb. Söhbət Rusiya diplomatik missiyalarının 100-ə yaxın əməkdaşının ölkədən çıxarılmasından gedir. pizza

Bundan əvvəl “Süddeutsche Zeitung” qəzeti yazıb ki, Berlin əhəmiyyətli sayda rusiyalı diplomatı ölkədən çıxarmaq imkanlarını araşdırır. Bununla belə, Almaniya hökumətində bu addımın zəruri və rasional olduğuna dair konsensus və anlayış yoxdur.

Qovulmanın əsası kimi Rusiya xüsusi xidmət orqanlarında işləmək şübhəsi ola bilər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!