Almaniya hakimiyyəti ümid edir ki, yaya qədər Rusiya qazının idxalını iki dəfə azalda, payızda isə Rusiyadan kömür idxalını dayandıra biləcək.
Yenisabah.az DW-yə istinadla xəbər verir ki, bu barədə ölkənin sənaye naziri Robert Habek bildirib.
O əlavə edib ki, Berlin yaya qədər Rusiya qazının idxalını 24 faizə endirməyi hədəfləyir. Eyni zamanda, Almaniya artıq Rusiyadan qaz idxalını 55%-dən 40%-ə, neft idxalını 35%-dən 25%-ə endirə bilib. pizza hut
Telegram kanalımız