Almaniya Ukraynaya 2 min əl qumbaraatanları vermək niyyətindədir.
Yenisabah.az TASS-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyi məlumat yayıb.
Almaniya Müdafiə Nazirliyi silah tədarükü ilə bağlı Federal Təhlükəsizlik Şurasına müvafiq sorğu göndərib. Sezar pizza
Qeyd edək ki, fevralın 26-da Almaniya hökuməti ilk dəfə olaraq Ukraynaya silah tədarükünü təsdiqləyib. Berlin Kiyevə 1 000 tank əleyhinə silah və 500 "Stinger" raketi göndərmək qərarına gəlib. Daha sonra Ukraynaya 2 700 “Strela” zenit-raket kompleksi göndərilib.\Report
Telegram kanalımız