Almaniya Ukraynaya daha 8 “Leopard” tankı verdi

saytların hazırlanması

Evə çatdırılma

Almaniya Ukraynaya daha 8 “Leopard” tankı verdi

Dünya

30 İyul 2024 15:53 519


Almaniya Ukraynaya daha 8 "Leopard" tankı tədarük edib. 

Yenisabah.az Almaniya mətbuatına istinadən xəbər verir ki, Berlin Kiyevə hərbi yardım siyahısını genişləndirib. 

Danimarka ilə birgə layihə çərçivəsində daha 8 "Leopard 1A5" tankı və onlar üçün ehtiyat hissələri Ukraynaya təhvil verilib.  Sezar pizza

Bundan əlavə, Ukrayna Silahlı Qüvvələri Almaniyadan “Gepard” özüyeriyən zenit silahları üçün daha 21 min mərmi, 10 yerüstü pilotsuz uçuş aparatı, 2 “Bergepanzer 2” zirehli təmir-bərpa maşını, 10 radar stansiyası, səhra hospitalı və hərbi qulluqçular üçün sursat alıb. 

Son dəfə Almaniyanın Ukraynaya hərbi yardımının siyahısı iyulun 8-də yenilənib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!