Almaniyada Azərbaycan vətəndaşı sevgilisini öldürdü

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada Azərbaycan vətəndaşı sevgilisini öldürdü

Kriminal

19 Aprel 2025 18:54 570


Almaniyanın Virtsburq şəhərində 45 yaşlı qadın çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirilib.

Yenisabah.az Teleqraf-a istinadən xəbər verir ki, bu barədə Virtsburq Şəhər Polis İdarəsindən bildirilib.

Məlumata görə, qadının zorakılıqla qətlə yetirilməsindən sonra onun partnyoru qətldə şübhəli bilinərək saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. Dominos pizza

Qadının meyiti tibbi ekspertizaya göndərilib.

Cinayəti törətməkdə şübhəli bilinən şəxsin 45 yaşlı Azərbaycan vətəndaşı olduğu açıqlanıb. O, hadisədən sonra özü təcili yardıma zəng vurub və polis tərəfindən hadisə yerində saxlanılıb.

Qətlə yetirilən qadının və şübhəli şəxs qismində həbs edilən kişinin adı açıqlanmır.

Hazırda hadisənin başvermə səbəbləri araşdırılır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!