Almaniyada hökumətin siyasətinə etiraz edənlər çoxalır

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada hökumətin siyasətinə etiraz edənlər çoxalır

Siyasət

04 Aprel 2021 11:29 689


Almaniyada hökumətin yeni növ koronavirus infeksiyasına qarşı mübarizə ilə bağlı yürütdüyü siyasətdən narazı olan vətəndaşlar nümayişlər keçirməkdə davam edir.

Yenisabah.az xəbər verir ki, bu dəfə on minlərlə insan Ştutqart şəhərinin küçələrinə çıxıblar.

Qəzetin yazdığına görə, nümayiş iştirakçılarının əksəriyyəti tibbi maskalar geyinməyib. Nümayişi işıqlandıran jurnalistlərə isə bir neçə dəfə daş atıblar. pizza sifarişi

Hazırda Almaniyada qışda mövcud olan sərt karantin qaydaları tətbiq edilmir. Məktəblər, uşaq bağçaları, gözəllik salonları, çiçək və kitab mağazaları açıqdır. Virusa yoluxanların sayı yanvar və fevral aylarında azalsa da, mart ayından etibarən yoluxma sayındakı rəqəmlər yüksəlməyə başladı.

Aparılan son sorğuya əsasən respondentdən yalnız 19 faizi Nazirlər Kabinetinin koronavirusla mübarizə işindən razıdır, 79 faiz isə narazıdır. 2 faiz respondentin cavabı qərarsız olub. (Report)


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!