Almaniyada qənaət dövrü: 200-ə yaxın bina işıqlandırılmayacaq

saytların hazırlanması

Evə çatdırılma

Almaniyada qənaət dövrü: 200-ə yaxın bina işıqlandırılmayacaq

Dünya

29 İyul 2022 16:44 882


Rusiya ilə təbii qaz gərginliyi Almaniyanı küncə sıxışdırıb. Ölkədə bir-birinin ardınca enerjiyə qənaət istiqamətində tədbirlər həyata keçirilir. 200-ə yaxın bina, xüsusilə də paytaxt Berlinin simvolu olan bir çox bina təxminən bir aya yaxın gecə işıqlandırılmayacaq.

Yenisabah.az xəbər verir ki, Moskva ilə Brüssel arasında yaranan gərginlik təbii qazda vaxtaşırı fasilələrə səbəb olub.

Aİ Rusiyanın qaz asılılığından xilas olmaq üçün hərəkətə keçib və üzv dövlətlərdən enerji istifadəsini 15 faiz azaltmağı xahiş edib. pizza mizza

İndi qənaət tədbirləri bir-birinin ardınca elan edilir.

Sözügedən binaların siyahısında Berlindəki Qələbə abidəsi, Dövlət Operası, Berlin Katedrali, Berlin Meriyası, Yəhudi Muzeyi, bəzi kilsələr, körpülər və heykəllər də var. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!