Alp dağlarının İtaliya hissəsində böyük buz təbəqəsinin çökməsi nəticəsində azı 6 nəfər ölüb.
AZƏRTAC xəbər verir ki, İtaliyanın şimal-şərqindəki Marmolada yüksəkliyində buz təbəqəsi dağda olan bir qrup alpinistin üzərinə çöküb. Hadisə nəticəsində alpinistlərdən 6-sı ölüb, biri ağır olmaqla 8 nəfər yaralanıb.
Daha 10 nəfərin itkin düşdüyü, axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib. Axtarış-xilasetmə işlərinə canlı qüvvə ilə yanaşı, 5 helikopter cəlb olunub. pizza mizza
Qeyd edək ki, Marmolada zirvəsində yerləşən buzlaq İtaliyanın ən böyük buzlaqlarından biridir.
Telegram kanalımız