Amerika və Avropa Çini necə durduracaqlar? 

saytların hazırlanması

Evə çatdırılma

Amerika və Avropa Çini necə durduracaqlar? 

Siyasət

17 Mart 2021 12:26 968


Yaponiyada nəşr olunan “Nikkei Asia” dərgisindəki yazıya görə, ABŞ Sakit okean boyunca Çinin mühasirəsini gücləndirəcək. Vaşinqtonun məqsədi Çini durdurmaqdır. Dərginin yazdığına görə, Vaşinqton yeni proqrama 6 il ərzində 27 milyard dollara yaxın maliyyə xərcləməyi planlaşdırır. Proqramın artıq Konrqesə təqdim edildiyi bildirilir. 

Yenisabah.az xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun "Amerika və Avropa Çini necə durduracaqlar?" başlıqlı məqaləsində bildirilib.

Politoloqun yazdığına görə, proqramda yazılıb ki, ABŞ Çini durdurmasa bu bölgə üçün ciddi təhlükə yaradacaq. Ona görə də ABŞ Sakit okean bölgəsində hərbi fəallığını artırmalıdır, əks halda Çin bu bölgənin ölkələrinə qarşı aqressiv siyasətini gücləndirməkdə davam edəcək. Bu isə ABŞ-ın təhlükəsizlik maraqlarına ziddir. Ona görə də proqramda Amerikanın Sakit okean bölgəsində balansın Çinin xeyrinə pozulmasına yol verməməsi vacibliyi vurğulanıb.  pizza mizza

Proqrama görə, Amerika Sakit okean bölgəsində həm hərbi gəmilərinin, həm də raketlərdən müdafiə sistemlərinin sayını artırmalıdır. Bu ilk mərhələdə Tayvan, Okinava adalarını və Filippini qorumaq üçündür. Çünki, Vaşinqtonun fikirincə, Pekin ilk hədəfləri məhz adı çəkilən ərazilərdir. Amerika ikinci mərhələdə Yaponiyanın okeana çıxan şərq hissəsini və İndoneziyanın cənub hissəsinin müdafiəsini gücləndirməlidir. 

Proqramın icrasına 2022-ci il üçün 4.7 milyard dollar ayrılmalıdır ki, bu rəqəm ötən ilkindən eyni məqsədlər üçün ayrılan maliyyədən 2.2 milyard dolar çox olacaq. Ümumilikdə Pentaqon Çinə aid xərclərini 36 faiz artıracaq. ABŞ-ın admiralı Filip Devidson Pekini durdurmaq üçün hərbi xərclərin artırılmasının vacib olduğunu bildirərək, Çinin bölgədə status-kovun dəyişməyə çalışdığını vurğulayıb. Başqa sözlə Çin hərbi gücünü qonşularından bir neçə dəfə artırmağı planlaşdırıb. Amerikalı hərbi ekspertlərin fikrincə, bu məqsədsis deyil.  Buna misal kimi Çinin bölgədə 1250 orta mənzilli rekat yerləşdirdiyi göstərilib. Amerika hazırda Sakit okean bölgəsində 132 min hərbçisini yerləşdirib. Bu say gələcəkdə arta bilər. 

Yaponiya da Çinin hərbi planlarından narahatdır. ABŞ-ın Yaponiyada bir neçə hərbi bazası var. Amerikanın Yapnoiyadakı hərbçilərinin sayı 55 min nəfərdir. Bu, Amerikanın xarici ölkədə saxladığı ən çox hərbçi sayıdır. Bundan başqa Yaponiyanın özü də hərbi gücünü və raket potensialını artırmağa çalışır. Digər tərəfdən Yaponiya büdcəsində hərbi xərclər ilbəil artır. Halbuki, İkinci Dünya müharibəsinin nəticəsinə görə, Yapononiyanın hərbi gücünü artırmasına məhdudiyyət var. Çin təhlükəsi Amerikanın Yaponiyanın hərbi potensialını artırmağa icazə verməsinə şərait yaradıb. 

Bu arada, Avropa da Çinin hərbi qüdrətinin artırmasından narahatdır. Almaniyanın “Der Tagesspiegel” nəşrinin yazdığına görə, Pekinin Tayvan və Tibet, o cümlədən uyğurlara qarşı zorakı siyasəti Brüsseldə geniş müzakirə olunur. Avropa İttifaqı keçmişdə SSRİ ilə olduğu kimi Çinlə də “soyuq müharibənin” başladığı qənaətindədir. Ona görə də Vaşinqton kimi Brüssel Çini durdurmaq siyasətinə üstünlük verməyə başlayıb. Misal üçün Almaniyanın Müdafiə Nazirliyinin martın 7-də yayınladığı hesabata görə, Rusiya ilə yanaşı Çinin həm hərbi gücü, həm də nüvə potensialı artır və bu Qərb ölkələri, o cümlədən NATO üçün ciddi təhlükələr yaradır. 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!