Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı

saytların hazırlanması

Evə çatdırılma

Amerikalı rəsmi İsrailin İrana hücum tarixini açıqladı

Dünya

18 Aprel 2024 13:44 835


Aprelin 22-də axşam başlayan və aprelin 30-na kimi davam edən yəhudilərin Pasxa bayramından əvvəl İsrail çətin ki, İrana hərbi cavab versin.

Yenisabah.az ABC-yə istinadla xəbər verir ki, bu barədə anonim amerikalı rəsmi danışıb.

O bildirib ki, vəziyyət həmişə dəyişə bilər. Amma İsrailin bayramdan əvvəl hər hansı bir addım atması ehtimalı yoxdur. pizza sifarişi

Rəsmi qeyd edib ki, İran liderləri yüksək hazırlıq vəziyyətində olmağa davam edir, onlardan bəziləri “sığınacaqlarda və yeraltı obyektlərdədir”.

Pasxa yəhudilərin əsas bayramlarından biridir. O, yəhudi xalqının Misirdən çıxmasının xatirəsinə qeyd olunur. 2024-cü ildə Pesax 22 aprel axşamı başlayacaq. İsraildən kənarda yaşayan yəhudilər ənənəvi olaraq bu bayramı səkkiz gün qeyd edirlər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!