Amerikalıların təxminən 75 faizi ölkədəki vəziyyətdən narazıdır.
Yenisabah.az “Fox News”a istinadla xəbər verir ki, bu məlumatlar telekanalın sifarişi ilə həyata keçirilən və avqustun 11-də dərc olunan sosioloji sorğunun nəticəsidir .
Müvafiq olaraq, 2022-ci ilin mayında narazıların payı 67 faiz, 2021-ci ilin aprelində Co Baydenin prezidentliyinin ilk 100 gününün nəticələrinə görə isə cəmi 53 faizə bərabər olub. İndi amerikalıların yalnız 24 faizi ölkənin vəziyyətindən razıdır. Sorğu iştirakçılarının yalnız 42 faizi Baydenin prezident kimi fəaliyyətini bəyənir, 58 faizi isə rədd edir. Marqarita pizza
ABŞ liderinin reytinqi bir ay əvvəl, iyulun əvvəlində keçirilən sorğu ilə müqayisədə yaxşılaşıb. O zaman sorğuda iştirak edənlərin cəmi 40 faizi prezidentin hərəkətlərini bəyənib. Amerikalıların əksəriyyəti Baydenin müəyyən sahələrdə fəaliyyətini də mənfi qiymətləndirir. Belə ki, 56 faiz Ukraynadakı vəziyyətə münasibətindən narazı olduğunu bildirib.
Sorğu məlumatları iştirakçılarının Ukrayna məsələsində daha sərt və ya əksinə, daha yumşaq bir istiqamət istəməsi ilə bağlı dəqiqləşdirmələr yoxdur. Bütövlükdə Ağ Evin xarici siyasət istiqaməti 59 faiz mənfi, 38 faiz müsbət qiymətləndirilir. Yüzdə 55-i enerji sektorundakı siyasətdən narazı olduğunu, yalnız yüzdə 41-i müsbət qiymət verib. Sorğu avqustun 6-9-da keçirilib. Sorğuda 1002 nəfər iştirak edib.
Telegram kanalımız