ANAMA və DİN-dən əhaliyə   XƏBƏRDARLIQ

saytların hazırlanması

Evə çatdırılma

ANAMA və DİN-dən əhaliyə XƏBƏRDARLIQ

Sosial

30 Dekabr 2020 22:07 835


Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) və Daxili İşlər Nazirliyi ölkə əhalisinə xəbərdarlıq edib.

ANAMA-dan Yenisabah.az-a daxil olan məlumata görə, müraciətdə sakinlərə naməlum və şübhəli əşyalara toxunmamaları, xüsusilə uşaqları tanımadıqları əşyalara əl vurmamaları və dərhal aidiyyəti üzrə 102 Xidməti – Zəng Mərkəzinə məlumat vermələri bildirilib.

Həmçinin vurğulanıb ki, işğaldan azad edilmiş və müharibə zamanı düşmən atəşinə məruz qalmış ərazilərin minalarla, partlamamış hərbi sursatla, tərkibində partlayıcı olan qurğularla və müharibənin partlayıcı qalıqları ilə çirkləndiyi nəzərə alınaraq, təhlükəsiz səfər imkanlarının yaradılacağı müddətə qədər vətəndaşların bu ərazilərə daxil olmaları müvəqqəti olaraq qəti şəkildə qadağandır. Vətəndaşların bu ərazilərə səfər etməkdən çəkinmələri artıq dərəcədə xahiş olunur. pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!