Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur

saytların hazırlanması

Evə çatdırılma

Anasını bıçaqlayan yeniyetmə vəzifəli şəxsin oğludur

Kriminal

23 Oktyabr 2023 11:08 1899


Ağdaşda 17 yaşlı oğlan anasını bıçaqlayıb.

2006-cı il təvəllüdlü K. H. ailə münaqişəsi zəminində anası, 1981-ci il təvəllüdlü S. H.-ni bıçaqlayıb.

Daha sonra o, anasını Ağdaş Rayon Mərkəzi Xəstəxanasına çatdırıb. Pepperoni pizza

DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan sorğumuza cavab olaraq bildirilib ki, hadisəni törətməkdə şübhəli bilinən yetkinlik yaşına çatmayan şəxs saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

“Yeni Sabah” Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə dövlət qurumlarından birinin şöbə rəisi vəzifəsində işləyən və yüksək rütbə daşıyan N.H-nin ailəsində baş verib. Hadisəni törədən oğlan vəzifəli şəxsin oğlu, bıçaqlanan qadın isə onun həyat yoldaşıdır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!