Ankaradan Moskvaya çağırış:   “Buna son qoyun”

saytların hazırlanması

Evə çatdırılma

Ankaradan Moskvaya çağırış: “Buna son qoyun”

Siyasət

18 Fevral 2021 20:58 2194


Türkiyə Xarici İşlər Nazirliyi Ukraynanın qanunsuz şəkildə ilhaq edilmiş Krım bölgəsindəki son olaylara münasibət bildirib.

Yenisabah.az xəbər verir ki, XİN-in verdiyi açıqlamada dünən Krımda tatar türklərinin evlərin edilən basqınlar və həbslərdən narahatlıq ifadə edilib.

“Dünən səhər saatlarında Krımda soydaş tatar türklərinin evlərinə edilən basqınları və həbsləri təşvişlə qarşılayırıq”, - açıqlamada qeyd olunub. pizza sifarişi

XİN Rusiyaya çağırış edərək, bu kimi addımlara son qoymasını istəyib:

“Krım Yarımadasının əsl sakinləri olan tatarlarına qarşı bu kimi addımların atılmasına son qoymağa çağırıq. Krımın qeyri-qanuni ilhaqını tanımayan Türkiyə Krım tatarlarının yanında dayanmağa davam edəcək”.

Qeyd edək ki, dünən Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FSB) əməkdaşları Krımda bir qrup tatar türkünün evinə basqın edərək, 6 nəfəri həbs edib.  /Teleqraf


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!