Antalyada ATIŞMA: Suriyalılar Türkiyədə qarşı-qarşıya gəldi   - VİDEO

saytların hazırlanması

Evə çatdırılma

Antalyada ATIŞMA: Suriyalılar Türkiyədə qarşı-qarşıya gəldi - VİDEO

Dünya

02 Aprel 2022 10:58 554


Türkiyənin Antalya şəhərində 2 suriyalı qrup arasında silahlı insident baş verib.

Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yük maşınının üstündə atışmaya başlayan suriyalılar uzun lüləli silahlarla bir-birlərinə hücum ediblər. Münaqişə anı ərazidə yaşayan vətəndaşın telefonu vasitəsilə lentə alınıb.

Gəldikləri avtomobillə bölgədən qaçan suriyalılar bir müddət sonra polis tərəfindən yaxalanıb. Suriyadan qaçaraq Türkiyəyə sığındıqları öyrənilən qrupun silahları haradan əldə etdiyi barədə məlumat verilməyib. pizza mizza

Suriyalıların küçənin ortasında toqquşması nəticəsində ölən və ya yaralananların olub-olmadığı hələlik açıqlanmayıb.

Həmin görüntüləri təqdim edirik:


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!