Aparıcı Vüsalə Əlizadə Bakıda qanunsuz park xidməti göstərən şəxslərdən gileylənib.
Yenisabah.az xəbər verir ki, bu haqda o, “7 canlı” verilişində danışıb:
“Aparıcı kimi yox, bir vətəndaş kimi mövqeyimi bildirmək istəyirəm. İstəmirəm bunu kimsə pis tərəfə yozsun, çünki biz də sözümüzü deyə bilərik. Ən azından bu səlahiyətimiz var ki, canlı efirdəyik. Düşünürəm ki, nə zamansa bunun bir çarəsi olacaq. Çünki şəhərimizdə parklama dəhşətli vəziyyətdədir. Sezar pizza
Mən də bir sürücü olaraq şikayətimi bildirmiş oldum. Hara gediriksə, parklanma ilə bağlı əziyyət çəkirik. Avtomobilimizi park etmək üçün yer tapsaq da, qanunsuz park xidməti göstərənlər problemlər yaradır.
Bu gün özüm çətin vəziyyətlə qarşılaşmışam. Şoka düşürəm ki, hər gün bu insana 1 manatdan başlayaraq ödəniş edirsən, amma narazılığını bildirir və 5 manat istəyir. Bu nə deməkdir? Belə çıxır ki, qazandığımı park xidmətinə verməliyəm?!”
Telegram kanalımız