Aqil Abbas: “Doğrudan da xəstədir, əsgərliyə yaramır...”

saytların hazırlanması

Evə çatdırılma

Aqil Abbas: “Doğrudan da xəstədir, əsgərliyə yaramır...”

Sosial

04 İyul 2024 17:28 10346


“İyulun 1-dən hərbi xidmətə çağırışla bağlı qüvvəyə minən yeni qaydalar çox effektiv olacaq. Əvvəl yol tapırdılar, əsgərlikdən yayınırdılar. Saxta tibbi kağız göstərirdilər. Yaxud da xəstə adamları sağlam olmaya-olmaya əsgərliyə aparırdılar. İndi isə qaydalar çox şəffaf olub”. 

Yenisabah.az pravda.az-a istinadla xəbər verir ki, bunu Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aqil Abbas deyib. 

O bildirib: “İndi, sadəcə, xahiş etmək lazımdır ki, bu adam xəstədir. Yoxlayırlar, görürlər ki, doğrudan da xəstədir, əsgərliyə yaramır, aparmırlar. Sağlam adamdırsa, yaxşı yol, əsgərlikdən qala bilməz. Yəni bütün bu məsələrlə bağlı şəffaflıq olacaq”.  pizza hut


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!